SIĞORTA

“Qala Həyat”ın rəhbərliyində dəyişiklik
14 NOYABR 2016
995

“Qala Həyat”ın rəhbərliyində dəyişiklik

2016-11-14 13:50:00

“Qala Həyat” sığorta şirkətinin rəhbərliyində dəyişiklik olub. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, şirkətin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Nicat Hüseynov işdən çıxıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Şirkətdən bildirilib ki, hələlik "Qala Həyat Sığorta"ya şirkətin idarə heyətinin üzvü,  satış departamentinin direktoru Azər Əlizadə rəhbərlik  edir.

Xatırladaq ki, mayın 12-də prezident İlham Əliyevin imzaladığı sərəncamla “Qala Həyat” sığorta şirkətinin idarə heyətinin sədri Əsgər Ələkbərov Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib. Həmin gündən etibarən Ə.Ələkbərovu bu vəzifədə idarə heyətinin üzvü, baş mühasib Nicat Hüseynov əvəzləyirdi. Qeyd edək ki, Nicat Hüseynov 2007-ci ildən etibarən sığorta şirkətlərində rəhbər vəzifələrdə işləmişdi.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267