SIĞORTA

«Azərsığorta»nın da vəziyyəti məlum oldu – HESABAT
14 NOYABR
235

«Azərsığorta»nın da vəziyyəti məlum oldu – HESABAT

2016-11-14 09:24:00
“Azərsığorta” 10 aylıq nəticələrini açıqlayıb.Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 4% artaraq 37,999 milyon manat olub. Ötən ilin yanvar-oktyabr aylarında isə sığorta şirkəti 36,515 milyon manat sığorta haqqı toplamışdı.
Qeyd edək ki, yığımların 34,525 milyon manatı icbari sığorta növlərinin, 3,473 milyon manatı könüllü növlərin payına düşüb.”Azərsığorta”nın oktyabr ayı üzrə yığımları isə  1,385 milyon manat olub.
Şirkətin yığımları ilə yanaşı, ödənişləri 29,6 % artaraq 13,591 milyon manat olub. 2015-ci ilin 10 ayında sığorta ödənişlərinin ümumi həcmi 10,484 milyon manat təşkil etmişdi. Ödənişlərin 12,295 milyon manatı icbari sığorta növlərinin,1,295 milyon manatı isə könüllü növlərinə görə verilib. Sığorta şirkəti bir ayda 1,059 milyon manat sığorta ödənişi həyata keçirib. 
“Azərsığorta”nın  zərərliliyi də ötən ilin eyni dövrü ilə müqayisə də artıb.Sığorta şirkəti ötən il topladığı hər yüz manatdan  28,7 manatını ödəniş olaraq müştərilə vermişdisə, bu ilin eyni dövründə bu rəqəm 35,7 manat olub.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275