SIĞORTA

“PAŞA Həyat” yeni HR proqramı tətbiq edəcək
11 NOYABR
523

“PAŞA Həyat” yeni HR proqramı tətbiq edəcək

2016-11-11 16:24:00

“PAŞA Həyat”sığorta şirkəti işçilərin inkişafı ilə bağlı yeni layihəyə başlayacaq. Bunu fins.az-a açıqlamasında Şirkətin İdarə Heyətinin üzvü Rüstəm Məmmədov deyib. R.Məmmədov bildirib ki, beynəlxalq təcrübə göstərir ki, işçinin əsas inkişafı onun iş prosesində əldə etdiyi təcrübədir. “PAŞA Həyat” da bununla bağlı “Hay Group” kimi dünyanın məşhur şirkətlərinin təcrübəsindən istifadə edir: “ Yəni, işçilərin necə motivasiya edilməsi, inkişaf etməsi, onların əsas göstəricilərinin, zəif tərəflərinin müəyyənləşdirilməsi ilə bağlı dünyada istifadə edilən əsas təcrübədən istifadə olunacaq”. R.Məmmədov deyib ki, sovet dövründəkindən fərqli olaraq HR-in işi indi daha genişdir: “Yəni, sadə işçinin sənədini yığdım, onu işə götürdüm, lazım olanda işdən çıxardım ,bununla proses yekunlaşmır.

Bizim “Hay Group”la tətbiq etdiyimiz layihə ondan ibarətdir ki, hər bir işçi üçün inkişaf mərhələləri müəyyən edilir. Məsələn, işçi qəbul ediləndə hər hansı göstəriciləri varsa, onun qarşısında konkret hədəflər qoyulur. İşçi öz üzərində işləmək üçün, vəziyəfə qoyulan tələbləri doğrultmaq üçün qabiliyyət və bacarıqlarını artırmalı olur. Və artıq bir sonrakı mərhələ haqqında məlumatlı olur.

Tələbləri yerinə yetirə bilməsə əks nəticələri də əvvəlcədən bilmiş olur. Bu şəkildə artıq işçinin inkişaf xətti təmin edilir. Şirkətin İdarə Heyətinin üzvü əlavə edib ki, layihə ilə bağlı artıq tamamlanma işləri gedir. Yeni ildən etibarən işçilərin inkişafı ilə bağlı “Hay Group” şirkətinin təqdim etdiyi layihənin tətbiqinə başlayacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272