SIĞORTA

Bakıda "İnsan Resursları Forumu 2016" keçirilir
11 NOYABR
398

Bakıda "İnsan Resursları Forumu 2016" keçirilir

2016-11-11 09:58:00

Bakıda keçirilən "İnsan Resursları Forumu 2016"da iştirak üçün 450-dən artıq şirkətdən 1 500-ə qədər müraciət daxil olub. Fins.az xəbər verir ki, bunu Forumun açılışında çıxış edən "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.

M.Rüstəmovun sözlərinə görə, müraciət edənlərin yalnız 350-si qeydə alınıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə bildirib ki, BMT Azərbaycanı yüksək rifah olan ölkələr siyahısına aid edir: "Əgər 1995-ci ildə dövlət sektorunda işləyənlərin sayı 56% idisə, 2016-cı ildə bu rəqəm 25% azalıb. Hazırda iqtisadi fəal əhalinin 51,1%-i kişilər, 48,9%-i isə qadınlardır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271