SIĞORTA

10 ayda topladığını bir ayda yığdı – SIĞORTA HESABATI
11 NOYABR
415

10 ayda topladığını bir ayda yığdı – SIĞORTA HESABATI

2016-11-11 09:55:00

“Günay Sığorta”nın yığımları artmaqda davam edir. Şirkətin bu ilin 10 ayı üzrə nəticələri məlum olub. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi bu ilin yanvar-oktyabr aylarında 39,2 dəfə artıb.

2015-ci ilin 10 ayında cəmi 59 997 manat sığorta haqqı yığan “Günay Sığorta”nın bu ilin eyni dövründə topladığı sığorta haqqlarının həcmi 2 354 872 manata qədər yüksəlib. Yığımların 1 304 245 manatı kasko sığortanın, 647 025 manatı əmlak sığortasının, 308 791 manatı fərdi qəza sığortasının payına düşüb. 

Sığorta şirkəti bundan əlavə tibbi sığorta üzrə 47 439  manat,məsuliyyət sığortası üzrə 11 587 manat, yük sığortası üzrə  25 439 manat və səfər sığortası üzrə 10 348 manat sığorta haqqı toplayıb. Bir ayda isə sığorta şirkətinin yığımları isə  47 114 manat təşkil edib.Yəni, demək olar ki, sığorta şirkəti ötən il 10 ayda topladığı sığorta haqqlarını bu il bir ayda yığa bilib.

Sığorta şirkəti yığımlarının cəmi 3,5 %-ni ödəniş olaraq müştərilərinə qaytarıb.Yığımlarla yanaşı, sığorta şirkətinin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 54,3 % artaraq 126 514 manat olub. 

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında “Günay Sığorta” 81 985 manat ödəniş edib. Sığorta ödənişlərinin əsas hissəsi avtomobillə bağlı hadisələrə görə verilib. Şirkətin avtomobillərin təmiri ilə bağlı 10 aylıq xərci  87 076 manat təşkil edib. Bundan əlavə könüllü əmlak sığortası üzrə 34 841 manat, tibbi sığorta üzrə 4596 manat sığorta pulu verilib.Sığorta şirkətinin oktyabr ayı üzrə ödənişləri isə  54 103 manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275