SIĞORTA

“Standard Insurance”ın vəziyyəti məlum oldu – HESABAT
08 NOYABR
631

“Standard Insurance”ın vəziyyəti məlum oldu – HESABAT

2016-11-08 16:21:00

“Standard Insurance” sığorta şirkətinin  yanvar-oktyabr ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi  4,8% artıb. Ötən ilin 10 ayında 17,478 milyon manatı sığorta haqqı toplanıbsa, bu ilin eyni dövründə bu rəqəm 18,326  milyon manata kimi yüksəlib. Sığorta yığımlarının 56,5 % avtomobil sığortasının,12 %-i tibbi sığortanın, 14 %-i isə əmlak sığortasının qalan hissəsi isə digər sığorta növlərinin payına düşüb.  

Sığorta şirkəti topladığı hər 100 manatdan 39,9 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. Ötən il isə bu rəqəm 36,6 manat olub.

“Standard Insurance”ın ödənişləri 14,4 % artaraq 27,956 sığorta hadisəsi üzrə 7,327 milyon manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 6,404 milyon manat olub.

Şirkət ödənişlərinin 70,6 % avtomobil sığortasına görə verib.Belə ki, avtomobillərin icbari sığortası üzrə 3707 hadisəyə görə  4,262 milyon manat, kasko üzrə 468 avtomibilin  təmirinə görə 909,303 min manat ödəniş edib.

10 aylıq statistikaya əsasən, sığorta şirkətinin tibbi xərcləri isə 23735 müraciət üzrə2,036 milyon manat olub. “Standard Insurance” bundan əlavə, daşınmaz əmlakın icbari sığortası üzrə 68,536 min manat, əmlakın könüllü sığortası üzrə 24,523 min manat ödəniş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275