SIĞORTA

Sığorta şirkətinə yeni rəhbər təyin edildi
07 NOYABR
1393

Sığorta şirkətinə yeni rəhbər təyin edildi

2016-11-07 11:39:00

“Standard Insurance” sığorta şirkətinin idarə heyətinə yeni sədr təyin edilib. Söhbət  şirkətin idarə heyətinin sədr müavini Kamran Bağırovdan gedir. O, bu gündən etibarən şirkətin idarə heyətinin yeni sədri seçilib. Bu barədə fins.az-a sığorta şirkətindən bildirilib.

Xatırladaq ki, oktyabr ayının 17-dən etibarən Aydın Rəhmanov “Standard İnsurance” sığorta şirkətinin idarə heyətinin sədri vəzifəsindən çıxıb. Bu müddətdə Kamran Bağırov şirkətin idarə heyəti sədrinin əvəzedicisi olaraq fəaliyyət göstərirdi.

 Qeyd edək, 2002–ci ildən sığorta sahəsində çalışmağa başlayan Kamran Bağırov müxtəlif sığorta şirkətlərində rəhbər vəzifələr tutub. 2012–ci ildən isə “Standard Insurance” sığorta şirkətində idarə heyəti sədrinin müavini vəzifəsində çalışıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271