SIĞORTA

Sığorta şirkətinin yığımları 5 milyon manat azaldı – HESABAT
03 NOYABR
389

Sığorta şirkətinin yığımları 5 milyon manat azaldı – HESABAT

2016-11-03 09:40:00

“Atəşgah” sığorta şirkətinin  bu ilin yanvar-sentyabr aylar üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, sığorta şirkətinin yığımları 14,3% azalaraq 30, 24 milyon manat olub. Halbuki, ötən ilin eyni dövründə ümumi yığımların həcmi 35,27 milyon manat təşkil etmişdi. Sığorta şirkəti sentyabr ayında 2,78 milyon manat sığorta haqqı toplaya bilib. Bununla belə, sığorta şirkəti qeyri-həyat bazarında yığımların həcminə görə, 3-cü pillədə qərarlaşıb.  

“Atəşgah” sığorta şirkətinin yığımları ilə yanaşı, ödənişləri 1,03 % manat azalaraq 11,42 milyon manata düşüb. Ötən ilin eyni dövründə bu rəqəm 11,53 milyon manat olub. Sığorta şirkətinin sentyabr ayı üzrə ödəniş xərcləri isə1,34 milyon manat təşkil edib.

9 ayın nəticələrinə əsasən, yığımlardakı azalma zərərliliyi də artırıb. Ötən ilin yanvar-sentyabr aylarında sığorta şirkəti  topladığı hər 100 manatdan 32,6 manatını ödəniş olaraq vermişdisə, bu ilin eyni dövründə bu rəqəm 37,7 manata yüksəlib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272