SIĞORTA

“Alfa Sığorta”nın kreditorlarına – MÜRACİƏT
02 NOYABR
246

“Alfa Sığorta”nın kreditorlarına – MÜRACİƏT

2016-11-02 08:25:00

Lisenziyası ləğv edilən “Alfa Sığorta” şirkəti  kreditorlarına müraciət edib. Fins.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, sığorta şirkəti məhkəmə qərarı ilə avqust ayının 29-da müflis elan edilib və iflas proseduruna başlanılması qərara alınıb.  Məhkəmənin 12 oktyabr tarixli qərarı ilə sığorta şirkətində ləğvetmə komissiyasının tərkibi müəyyən edilib.

“Müflisləşmə və iflas haqqında” qanuna əsasən borculunun müflis elan edilməsindən 60 gün ərzində kreditorlar borcluya tələbləri ilə bağlı  yazılı şəkildə müraciət edə bilərlər. Odur ki,  iflas prosesində olan sığorta şirkətinə qarşı tələbi olan fiziki və hüquqi şəxslər qeyd edilən müddətdə şirkətin ləğvedicisinə bununla bağlı yazılı şəkildə müraciət etməlidirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272