SIĞORTA

7 sığorta şirkətinin rəhbərliyinə təyinat olub – SİYAHI
01 NOYABR
1741

7 sığorta şirkətinin rəhbərliyinə təyinat olub – SİYAHI

2016-11-01 16:37:00

Sığorta şirkətlərində yeni rəhbər təyinatları olub. Fins.az-ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiyadan keçən sığortada rəhbər işçilərin adlarını açıqlayıb. Bununla da, İlqar Əliyev, Ayaz Quliyev “Bakı Sığorta” şirkətinin idarə heyətinin üzvləri, Rəşad Tağıyev isə baş mühasib vəzifəsinə seçilib. 

Orxan Əfəndiyev “A Qroup Sığorta” şirkətinin, Kənan Əskərov “Günay Sığorta” şirkətinin idarə heyətinin üzvləri seçilib. Fuad Allahverdiyev “Qala Sığorta” şirkətinin idarə heyətinin üzvü,  Maqsud Müslüm-zadə şirkətin Daxili Audit Xidmətinin rəhbəri təyin edilib. İntiqam Seyfulla “Qala Həyat” sığorta şirkətinin,  Milana Əliyeva “AzSığorta” şirkətinin,Şəhriyar Həsənverdiyev “PAŞA Sığorta” şirkətinin daxili audit xidmətinin rəhbəri kimi təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272