SIĞORTA

Avtosığorta üzrə elektron müqaviləyə keçid başladı
01 NOYABR
686

Avtosığorta üzrə elektron müqaviləyə keçid başladı

2016-11-01 09:01:00

Noyabr ayının 1-dən, yəni bu gündən etibarən avtomobillərin icbari sığortası üzrə elektron müqaviləyə keçid başlayır. Fins.az-ın məlumatına görə, avtomobillərin icbari sığorta müqaviləsi yalnız elektron müqavilə formasına bağlanılır. Kağız daşıyıcılarla əvvəlcədən bağlanan müqavilələr isə müddətin sonuna qədər qüvvədə olacaq.

Eləcə də bax: Elektron sığorta müqaviləsi necə işləyəcək? – İZAHAT

Bu gündən etibarən avtomobillərini icbari qaydada sığortalamaq istəyən vətəndaşlar əvvəlcə seçdikləri sığorta şirkətlərinə müraciət edərək lazımı sənədləri təqdim edəcəklər. Daha sonra müştərinin nömrəsinə avtomobilin qeydiyyat nömrəsi və ödəniş kodu əks olunan sms və elektron poçta məktub gəlir. Müştəri göndərilən ödəniş kodu əsasında bank, poçt, internet və ödəniş terminallarında  sığorta haqqını ödəyə bilər. Sığorta haqqı ödənildikdən sonra müqaviləyə dərhal qüvvəyə minir və avtomobil sahibinə təsdiqləyici sms və elektron məktub göndərilir. Müştəri bununla belə  müqavilənin çap versiyasını sığorta şirkətindən və ya agentdən tələb edə bilər. Müqavilənin etibarlılığını avtomobilin nömrəsini 9707-yə göndərməklə yoxlamaq olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275