SIĞORTA

“Atəşgah Həyat”da geriləmə – SIĞORTA HESABATI
31 OKTYABR
340

“Atəşgah Həyat”da geriləmə – SIĞORTA HESABATI

2016-10-31 13:52:00

“Atəşgah Həyat” sığorta şirkətinin  bu ilin yanvar-sentyabr aylar üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, sığorta şirkətinin yığımları 7,7 % azalaraq 27 896 805 manat olub. Halbuki, ötən ilin eyni dövründə ümumi yığımların həcmi 30 236 971 manat olmuşdu. Sığorta şirkətinin bir aylıq yığımlarının həcmi isə 3 207 533 manat təşkil edib.   

Maraqlıdır ki, sığorta şirkətinin ödənişlərinin həcmi isə əksinə olaraq ötən ilin eyni dövrü ilə müqayisədə 97% artaraq 20 430 970 manat olub. Ötən ilin yanvar-sentyabr aylarında isə  “Atəşgah Həyat”ın ödənişləri 10 330 659 manat olmuşdu. Sığorta şirkəti sentyabr ayında isə müştərilərinə  530 238 manat ödəniş edib.

Son statistika həyat sığorta şirkətinin zərərliliyinin artdığını göstərir. Belə ki, ötən ilin 9 ayında şirkət hər 100 manat sığorta haqqı müqabilində 34,1 manat ödəniş etmişdisə, bu ilin eyni dövründə bu göstərici 73,2 manat olub. 

“Atəşgah Həyat” ümumi sığorta bazar üzrə payı 8,9%-dən 7,1 %-ə,  həyat sığorta bazarı üzrə isə 33,9 %-dən 24%-ə düşüb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275