SIĞORTA

Şirkət rəhbərliyi sığorta mübahisələrinin səbəblərini - AÇIQLADI
31 OKTYABR
386

Şirkət rəhbərliyi sığorta mübahisələrinin səbəblərini - AÇIQLADI

2016-10-31 09:42:00

“PAŞA Həyat”la bağlı məhkəmə mübahisələri  məlumatsız işçilərə görə yaranır”. Fins.az-ın məlumatına görə, bunu şirkətin  idarə heyətinin üzvü  Rüstəm Məmmədov  deyib. Onun sözlərinə görə, həyat sığortası ilə bağlı məhkəmə mübahisələri  çox az olur. Belə ki, qeyri-həyat növlərindən fərqli olaraq burada sığorta ödənişi konkret sığorta hadisələrinə görə verilir. Yəni, ödəniş ya sığortalının ölüm halına görə, ya da əlilliklə bağlı verilir.

Bununla bağlı isə araşdırma aparmağa ehtiyac olmur. O bildirib ki, “PAŞA Həyat”la bağlı məhkəmə mübahisələri də çox azdır:“İldə cəmi 1-2 məhkəmə prosesi olur”. Belə mübahisələr  isə adətən məlumatsız  işçilərlə bağlı olur:” Məsələn, fəhlələrdən biri şirkətin hansısa işçisinə görə 40 min manat sığorta ödənişi verildiyi eşidir. Onunla bağlı hadisəyə görə də eyni məbləğdə ödəniş tələb edir. Halbuki, işçilərin kateqoriyasından aslı olaraq ona 15-22 manat sığorta ödənişi düşür”. R.Məmmədov deyib ki, belə müştərilər məhkəmə proseslərinin uzanmasına səbəb olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275