SIĞORTA

“Beynəlxalq Sığorta”nın SONUNCU HESABATI
31 OKTYABR
373

“Beynəlxalq Sığorta”nın SONUNCU HESABATI

2016-10-31 09:02:00

Oktyabr ayının 12-də səhmdarlarının qərarı ilə bağlanan “Beynəlxalq Sığorta” şirkətinin son hesabatı məlum olub. Fins.az-ın məlumatına görə, bu ilin 9 ayı üzrə şirkətin yığımları 58 % azalaraq  3 900 279 milyon manat olub. Halbuki, ötən ilin yanvar-sentyabr aylarında şirkət  9 297 930 milyon manat sığorta haqqı toplaya bilmişdi.Sığorta şirkəti fəaliyyətinin sonuncu  ayında isə cəmi 114 279 manat(ötən ilin sentyabrında 506 083 manat) sığorta haqqı toplayıb.Kəskin azalma nəticəsində sığorta şirkəti bazar payına görə 9-cu yerdən 11-ci pilləyə düşüb. 

Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 14,1 % azalaraq  2 731 284 manat olub. 2015-ci ilin eyni dövründə isə şirkətin ödənişlərinin ümumi həcmi 3 180 845 manat təşkil edib.

Statistika şirkətinin zərərliliyinin də xeyli artdığını göstərir.Belə ki, “Beynəlxalq Sığorta” bu ilin 8 ayında  topladığı hər 100 manatdan 60,4 manatını müştərilərinə ödəniş şəklində geri qaytarıb. Ötən ilin eyni dövründə isə bu rəqəm cəmi 33,3 manat təşkil edib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272