SIĞORTA

Ailələr üçün yeni – SIĞORTA MƏHSULU
29 OKTYABR
1885

Ailələr üçün yeni – SIĞORTA MƏHSULU

2016-10-29 13:35:00

Azərbaycanın ən iri həyat sığortası şirkəti "PAŞA Həyat Sığorta" ailələr üçün yeni sığorta məhsulu hazırlayıb.

Fins.az-ən verdiyi məlumata görə, bunu jurnalistlərə şirkətin İdarə Heyətinin üzvü Rüstəm Məmmədov bildirib.

O qeyd edib ki, həyat sığortası ailələr üçün çox vacibdir. Əgər ailə sığortalı olarsa, ailə başçısı itirildiyi halda ailənin digər üzvləri çox əziyyət çəkməzlər: 

"Yeni məhsulumuz olacaq. Demək olar ki, hər şey hazırdır. Bu günlərdə pilot, gələn ilin əvvəlindən isə kütləvi satışına başlanılacaqdır. Hansısa bir ailə başçısı olan vətəndaş özü "PAŞA Həyat Sığorta" şirkətinin ofisinə yaxınlaşaraq, hissə-hissə ödəniş ilə bu həyat sığortası məhsulunu ala biləcəkdir. Yeni məhsulun şərtlərinə görə, məhsul alınan zaman ailə üzvlərinin adları qeyd etdiriləcəkdir. Gələcəkdə hadisə olduqda, tutaq ki, ailə başçısı vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə ailə sığorta ödənişi alacaqdır.

Bu sığorta məhsulu bizə nə verəcək? Bu suala belə cavab verim: Ata və ya ana həyatını sığortalayacaq, sabah onların başına bir hadisə gəlsə, ailəsi çox da çətinlik çəkməyəcəkdir. Ailələr psixoloji olaraq da rahat olacaqlar. Düşünəcəklər ki, Allah göstərməsin, sabah bir hadisə olsa bir yerdən alacağımız var. Sosial baxımdan da həyat sığortası çox əhəmiyyətlidir. Məsələn, yaşlı valideynlərinə baxan övladlar var. Sabah həmin övladın başına bir hadisə gəlsə, onların xəstəlik və digər xərclərini kim ödəyəcək?! Həyat sığortası alındıqda bu məsələ həll olunur. Bundan başqa, övladların təhsili ilə bağlı planlar olur. Valideynlər təhsillə bağlı olaraq da bu sığortanı seçə bilərlər. Gələcəkdə ailə baçısı həyatını itirərsə,  həyat sığortasının ödənişi hesabına uşaqları təhsillərini davam etdirə biləcəklər".

Sığortanın qiyməti barədə məlumat verən Rüstəm Məmmədov qeyd etdi ki, təminat məbləği sığorta haqqının məbləğindən və ailə başçısının yaşından asılı olacaqdır:

"Məsələn, ayda cəmi 20-30 manat ödəməklə 50-60 min manatlıq təminat alınacaqdır. Ailə başçısı itirildikdə təminat məbləği ailəyə ödəniləcəkdir. 10 manat da ödəyib təminat almaq mümkün olacaqdır. Bu məhsul, geniş kütləyə çıxmaq planımızın birinci hissəsidir. 2017-ci ildə geniş kütləni həyat sığortasına cəlb etmək üçün aktiv marketinq və PR tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271