SIĞORTA

“PAŞA Həyat Sığorta” qapılarını jurnalistlərin üzünə açdı
29 OKTYABR
389

“PAŞA Həyat Sığorta” qapılarını jurnalistlərin üzünə açdı

2016-10-29 13:12:00

Dünən 28 oktyabr “PAŞA Həyat Sığorta” ASC-nin baş ofisində jurnalistlər üçün “Açıq Qapı” günü keçirilib. 

“Açıq Qapı” günü “PAŞA Həyat”da ilk dəfədir ki təşkil olunur. 

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, “Açıq Qapı” günündə “PAŞA Həyat”ın İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, İdarə Heyətinin üzvü Rüstəm Məmmədov, şirkətin Təlim Mərkəzinin rəhbəri  Pərviz Quliyev, İT departamentinin direktoru Vüqar Əvəzov və digər rəhbər şəxslər jurnalistlərə ətraflı məlumatlar verərək onların suallarını cavablandırıblar.

Bildirilib ki, “Açıq Qapı” gününün keçirilməsində əsas məqsəd, ictimaiyyəti, eləcədə media nümayəndələrini şirkətin fəaliyyəti, şirkətdə baş verən yeniliklərlə bağlı məlumatlandırmaq, həmçinin struktur bölmələrinin işi ilə tanışlığını təmin etmək və göstərdiyi həyat sığortası xidmətləriilə yaxndan tanış etməkdir.   

Bildirilib ki, bu cür görüşlər, ictimaiyyətin, həmçinin həyat sığortası sshəsinə olan marağının artırılması ilə yanaşı, onların sığorta biliklərinin yüksəlməsinə, maarifləndirilməsinə köməklik göstərəcək. 

Bildirilib ki, “PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış və 14.02.2011-ci il tarixli 5 illik Lisenziya əsasında həyat sığortası sahəsi üzrə fəaliyyətə başlamışdır. Hazırda Şirkət sığorta fəaliyyətinə müddətsiz Lisenziyaya malikdir.

“PAŞA Həyat” istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və s. əlverişli və maraqlı könüllü  həyat sığortası məhsulları təklif edir. Şirkət satışları ofisdən birbaşa, on-line və banklar vasitəsi ilə həyata keçirir.

“PAŞA Həyat” aktivlərinin səviyyəsinə, investisiya portfelinin və sığorta ehtiyatlarının həcminə görə Azərbaycanın ümumi sığorta bazarının ən iri sığorta şirkətidir.

“PAŞA Həyat” kapitalının səviyyəsinə və biznes göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarının lideridir.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun ilk həyat sığortası iştirakçısıdır.

Sığorta risklərinin etibarlı təkrarsığortası sahəsində “PAŞA Həyat” yüksək reytinqli aparıcı beynəlxalq təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir.

Şirkət daxili və xarici biznes mühiti ilə sağlam və açıq münasibətlər qurmaqla daim apardığı biznesin şəffaflığını təmin edir.

Şirkət özünün sosial məsuliyyətini dərindən dərk edir, ictimai maraqları daim nəzərə alır və sosial əhəmiyyətli fəaliyyət aparır.

“PAŞA Həyat Sığorta” Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycan-Amerika Ticarət Palatasının (AMCHAM) üzvüdür.

"PAŞA Həyat Sığorta" şirkəti Rumıniyanın nüfuzlu "Media-XPRIMM" qurumu tərəfindən əhəmiyyətli nominasiyalar üzrə ardıcıl olaraq 3 dəfə xüsusi beynəlxalq mükafatlara layiq görülüb.

“PAŞA Həyat Sığorta” ASC “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs” mükafatı ilə təltif edilmişdir.

Şirkətin missiyası peşəkar, çevik və etibarlı xidmət göstərməklə müştərilərin maliyyə sabitliyini və  əminliyini təmin etməkdir.Şirkət "TÜV Thüringen" ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına malikdir.

Şirkətin Gəncə və Sumqayıt şəhərlərində yerləşən 2 regional filialı mövcuddur. 

"PAŞA Həyat Sığorta" ASC-nin 2016-cı ilin 9 ayı üzrə əsas maliyyə göstəriciləri

 
           

№№

Göstəricinin adı

9ay 2016, fakt (mln.AZN)

ilin əvvəlindən artım, %

illik artım, % (9ay 2016/9ay2015)

9ay 2015, fakt (mln.AZN)

1

Aktivlər

169,5

17%

36%

125,0

2

Nizamnamə kapitalı

40,25

-

-

40,25

3

İnvestisiya portfeli

129,0

17%

24%

103,9

4

Sığorta ehtiyatları

107,4

19%

55%

69,4

           

5

Sığorta haqları

61,8

 

45%

42,5

6

İnvestisiya gəlirləri

8,7

 

36%

6,4

7

Sığorta ödənişləri

25,6

 

241%

7,5

           

8

Bazar payı

53%

 

+ 5 % punktu

48%

9

Ödəniş əmsalı

41%

 

 + 23 % punktu

18%

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272