SIĞORTA

“ 100 minlik maşının sığortası yoxdusa, günahkar sığorta şirkətləridir” – AÇIQLAMA
29 OKTYABR
1063

“ 100 minlik maşının sığortası yoxdusa, günahkar sığorta şirkətləridir” – AÇIQLAMA

2016-10-29 09:00:00

Sığorta bazarında maarifləndirmə tədbirlərinə ehtiyac var. Bunu fins.az-a açıqlamasında  “PAŞA Həyat” sığorta şirkətinin maarifləndirmə şöbəsinin müdiri   Pərviz Quliyev  deyib. Onun sözlərinə görə, sığorta bazarı 2010-cu ildən inkişaf etməyə başlasa da, son 3-4 ildə bazarda durğunluq müşahidə edilir: “Düzdür, iqtisadi durğunluq, devalvasiya və digər amillər sığorta bazarına da təsirsiz ötüşməyib. Amma 100 min avtomobil sahibi avtomobili kasko sığortasız sürürsə, bu sığorta şirkətlərinin günahıdır”. Yəni, bu sığorta sahəsində maarifləndirmə tədbirlərinin azlığı ilə əlaqədardır. Məsələn, Almaniyanın Ümumdaxili məhsulunun  7%-i, ABŞ-da isə 11% sığorta bazarının payına düşür. Azərbaycanda isə bu rəqəm cəmi 0,7% təşkil edir. Bəzi “AXA”, “AVİVA” kimi qlobal şirkətlərin illik gəlirləri 100 milyard dollara bərabərdir.

Azərbaycan kimi ölkələrin isə ÜDM-i bundan xeyli azdır. Bu da Azərbaycanda sığorta mədəniyyətinin, sığorta maarifçiliyinin istənilən səviyyədə olmaması ilə əlaqədardır. Hazırda cəmi 4-5 sığorta şirkəti sığorta, həm sığorta bazarı iştirakçıları üçün, həm də əhali üçün maarifləndirmə tədbirləri aparır. Bunlara “PAŞA Həyat”la yanaşı, “Xalq Sığorta”, “AXA MBASK” şirkətlərini aid etmək olar. Amma əksər şirkətlər bundan kənarda qalır.

Sığorta sahəsində maarifləndirmə  müştəri potensialı baxımından sığorta şirkətləri üçün daha vacibdir. Belə ki, şirkətlər hansısa reklam və marketinq planları üçün külli miqdarda vəsait xərcləyirlər, amma  bu o qədər də effektli olmur. Əhalinin sığorta sahəsidə maarifləndirməsi, eyni zamanda universitetlərdə bu işin təşkili böyük vəsait tələb etməsə də  daha effektli ola bilər.

Pərviz Quliyev  əlavə edib ki, “PAŞA Həyat” sığorta şirkəti sığorta sahəsində maarifləndirmə işlərini davam etdirir.  “PASHA Life Academy” vasitəsilə həm sığortaçılar üçün, həm də universitetlərdə təlimlər keçirilir. Eyni zamanda,  tələbələr  yay təcrübələrini sığorta şirkətində keçirlər. Hətta, bəzi tələbələr sığorta şirkətində  işə qəbul edilir. Belə ki, indiyə qədər 5 tələbə “PAŞA Həyat”da işə cəlb edilib. Şöbə müdiri bildirib ki, sığorta şirkəti bu istiqamətdə işləri davam etdirəcək. Bununla belə sığorta bazarının digər iştirakçılarının da bu tədbirlərə qoşulması sonda sığorta bazarının inkişafına daha çox təkan vermiş olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275