SIĞORTA

“AzSığorta”nın maliyyə vəziyyəti məlum oldu
28 OKTYABR
506

“AzSığorta”nın maliyyə vəziyyəti məlum oldu

2016-10-28 14:15:00

“AzSığorta” şirkətinin bu ilin 3-cü rübü üzrə maliyyə vəziyyəti məlum olub. Fins.az-ın məlumatına görə, şirkətin xüsusi vəsaitlərin cəmi 21 310 210 manat, nizamnamə kapitalının həcmi isə 20 300 000 manat təşkil edib. Şirkətin 9 aylıq yığımlarının cəmi 34,8 % azalaraq 212 572 müqavilə üzrə 15 974 923 manat olub.Ötən ilin eyni dövründə isə “AzSığorta” 24 519 801 manat sığorta haqqı toplaya bilmişdi. 

Yığımların 12 537 070 manatı icbari sığorta növlərinin,  3 437 853 manatı isə könüllü sığortaların payına düşüb. Təkrarsığorta üzrə qəbul edilmiş sığorta mükafatlarının cəmi 345 255 manat,  Təkrarsığortaya ötürülmüş sığorta yığımlarının həcmi isə 1 107 871 manat olub.

Sığorta şirkətinin 9 aylıq ödənişləri isə 3,2 % artaraq 5 741 725 manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 5 561 571 manat təşkil etmişdi.Ödənişlərin 4 323 411 manatı icbari sığorta növləri , 1 418 313 manatı isə könüllü sığorta növləri üzrə verilib. Hesabat dövrü üzrə “AzSığorta”nın balans mənfəəti  1 008 836 manat olub.

Qeyd edək ki, sığorta şirkəti hazırda 42 sığorta növü üzrə fəaliyyət göstərir. “AzSığorta”nın hazırda 7 filial və 2 nümayəndəliyi fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275