SIĞORTA

Bazara kütləvi sığorta məhsulu çıxarılır – YENİLİK
28 OKTYABR
371

Bazara kütləvi sığorta məhsulu çıxarılır – YENİLİK

2016-10-28 12:37:00

PAŞA Həyat bazara kütləvi məhsul buraxmağa hazırlaşır. Fins.az şirkətin İdarə Heyətinin üzvü Rüstəm Məmmədova istinadən xəbər verir ki, məhsul kütləvi xarakter daşıdığından sığorta haqqlarının ödənişi də hissəli qaydada həyata keçiriləcək. Məsələn ölkə vətəndaşı ayda 20 manat ödəməklə ümumilikdə 120 manata həyat sığortası üzrə 60 min manatlıq təminat əldə edə bilər. R.Məmmədovun sözlərinə görə, bu məhsulun psixoloji və maddi üstünlükləri var. Məhsul xüsusən də övladı xaricdə təhsil alan valideynlərə hədəflənib. 

Məhsulun sığorta hissəsi yaşdan və sığorta təminatından asılı olaraq dəyişir: "Məqsədimiz əhalinin bütün təbəqəsinin həyat sığortasından yararlanmasına imkan yaratmaqdır", deyən R.Məmmədov yeniliyin 2017-ci ilin əvvəlində bazara çıxarılacağını bildirib.

R.Məmmədov əlavə edib ki,  müştərinin seçimindən aslı olaraq sığorta təminatı dollarla və ya manatla ödənilə bilər: "Müştəri sığorta haqqını dollarla ödəyirsə ödənişi dollarla, manatla ödəyirsə manatla əldə edəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272