SIĞORTA

13 sığorta şirkətində artım, 12-də azalma olub – RƏQƏMLƏR
28 OKTYABR
433

13 sığorta şirkətində artım, 12-də azalma olub – RƏQƏMLƏR

2016-10-28 11:54:00

Yanvar-sentyabr aylarında Azərbayxanda fəaliyyət göstərən 25 sığorta şirkətinin 13-də artım, 12-də azalma baş verib. Fins.az-ın məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta sektoru ilə bağlı açıqladığı rəqəmlərdən məlum olur.  

Məlumata görə, bu dövrdə yığımlarda ən böyük artım «Qala Sığorta» və «Günay Sığorta»da qeydə alınıb – müvafiq olaraq 60 dəfə və 41,3 dəfə. Xatırladaq ki, «Qala Sığorta» şirkəti indii fəaliyyətini dayandırmış Çartis Azərbaycan şirkətinin bazasında yaradılıb. «Günay Sığorta» isə fəaliyyətini dayandırmış «Buta Sığorta» şirkəti ilə birləşib və yığımlarn belə sürətli artması da daha çox bu birləşmə ilə əlaqədardır. 

Digər şirkətlərə gəlincə isə bazarda ən böyük artım dinamikasını «Paşa Sığorta» (68,3% artım), «Qala Həyat» (61,6% artım) və «Paşa Həyat» (45,2% artım) nümayiş etdiriblər. “AXA MBASK” ASC, AzəriSığorta və “Mega Sığorta” ASC-də ötən ilə nisbətən yığımların artımı 27-21% arasında dəyişib. 

«Ata sığorta» və «Standard İnsurance» də mürəkkəb dövrdə yığımlarını artırmağa nail olublar – müvafiq olaraq 4,2% və 3,6%. 

Əvəzində bazardakı 12 şirkətin yığımlarında azalma baş verib. Özü də azalmalar həm tənəzzüldə olan şirkətlərdə, həm də vaxtilə bazarın əsas oyunçuları sayılan şirkətlərdə qeydə alınıb. 

Ən böyük azalma «Əmrah sığorta»da baş verib. Ötən ilə nisbətən şirkətin yığımları 13,5 dəfə azalıb. Fəaliyyətini dayandırmış «Buta sığortada» 3,2 dəfə, «Alfa sığorta»da isə 2,8 dəfə azalma baş verib. 

Vaxtilə bazarın aktiv iştirakçılarından ayılan «Bakı Sığorta» da yığımlarının kəskin azalması ilə üzləşib – ötən ilə nisbətən şirkətin topladığı sığorta haqları 2,6 dəfə azalıb. 

Yığımlarının həcminə görə, bazarın əsas oyunçularından sayılan «Atəşgah» sığorta qrupu da bazardakı payını saxlaya blməyib. Qrupa daxil olan hər iki şirkətin – həm «Atəşgah Sığorta»nın, həm də «Atəşgah Həyat» şirkətinin yığımları müvafiq olaraq 14,3% və 7,7% azalıb. 

Bazarın əsas iştirakçılarından olan «Azsığorta» da azalma dövrünü yaşayır. Yanvar-sentyabr aylarında şirkətin yığımları 34,5% azalıb. «Sənaye sığorta»da isə azalma 39%-i keçib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272