SIĞORTA

Sığorta bazarı 15,1 % böyüyüb - STATİSTİKA
28 OKTYABR
162

Sığorta bazarı 15,1 % böyüyüb - STATİSTİKA

2016-10-28 09:45:00
Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin 9 ayında sığorta bazarı üzrə nəticələri açıqlayıb. Fins.az-ın məlumatına görə, yanvar-senytabr aylarında ölkənin 25 sığortaçısı tərəfindən 390 milyon manat həcmində sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 51 milyon manat və ya  15,1% çoxdur.
Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 167milyon manat təşkil etmişdir ki, bu daötən ilə nisbətdə 31% çoxdur. Könüllü və icbari sığorta növləri üzrə də müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, cari ilin 9 ayı ərzində könüllü sığorta növləri üzrə haqlar 18,7%, ödənişlər isə 32,2% artaraq, müvafiq olaraq 250,8və 125,4milyon manat təşkil etmişdir. İcbari sığorta növləri üzrə haqlar 9%, ödənişlər isə 27,7% artaraq müvafiq olaraq 140 və 41,5 milyon manat təşkil etmişdir. Hesabat dövrü ərzində toplanmış sığorta haqlarının 29,7%-i və ya 116 milyon manatı həyat sığortasının payına düşüb.
Belə ki, könüllü sığorta növü üzrə həyat sığortası bazarında yığım 42,4%, ödəniş isə 1,9 dəfə artmışdır. Həyat sığortasındakı yığımların 52,7% və ya 61 milyon manatı həyatın yaşam sığortasının, 24%-i və ya 27,8 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 23,1%-i və ya 26,9 milyon manatı həyatın ölüm halından sığortasının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası 1,2 dəfə, həyatın ölüm halından sığortası 2,7 dəfə artmışdır.
Könüllü sığorta növü üzrə qeyri-həyat sığortası bazarında yığım 8,9%, ödənişlərin həcmiisə 1% artmışdır. İcbari sığorta növü üzrə bu göstəricilər müvafiq olaraq 10,8% və 26,1% artmışdır. Əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərdən sığorta, dəmiryol nəqliyyatı vasitələrinin sığortası, hava və su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, həmçinin peşə məsuliyyətinin sığortası növləri üzrə yığımlar olsa da, sığorta hadisəsi baş verməmiş və sığorta ödənişləri edilməmişdir.
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270