SIĞORTA

Azərbaycanda sağlamlığı sığortalamaq neçəyədir? – QİYMƏTLƏR
27 OKTYABR
4738

Azərbaycanda sağlamlığı sığortalamaq neçəyədir? – QİYMƏTLƏR

2016-10-27 11:25:00

Vətəndaşları düşündürən əsas məsələlərdən biri də onların və ailələrinin sağlamlıqlarıdır. Amma hazırki iqtisadi şəraitdə sağlamlığı qorumaq heç də asan məsələ deyil. Birincisi əhalinin gəlirləri azalıb. Digər tərəfdən tibbi xidmətlər və dərmanlar xeyli bahalaşıb. Amma bu vəziyyətdən də çıxış yolu var. Vətəndaşlar özlərini və ailələrini  könüllü qaydada sığortalaya bilərlər. Fins.az-ın araşdırmasına görə, Azərbaycan sığorta bazarında şirkətlər əsasən tibbi sığortada korporativ müştərilərə üstünlük versələr də, bəzi şirkətlər vətəndaşları da sığortalayırlar. Hazırda cəmi 3 sığorta şirkəti fərdi qaydada tibbi sığorta həyata keçirir. Xidmətlərdən və təminatın həcmindən aslı olaraq sığorta haqqı 180-720 manat arasında dəyişir. Yəni, ailə büdcəsini nəzərə alaraq uyğun tibbi sığorta paketi seçmək mümkündür. Bu məbləğə sağlamlığı 15-50 min manat məbləğində sığortalamaq olar. 

“Günay Sığorta”dan büdcəyə uyğun hər qiymətə tibbi sığorta

“Günay Sığorta” isə əhalinin büdcəsinə uyğun olaraq hər qiymətə tibbi sığorta təklif edir. Tibbi xidmətlərin sayından və təminatın məbləğindən aslı olaraq sığorta haqqı 180-720 manat arasında dəyişir.Ən ucuz, yəni 180 manatlıq tibbi sığortaya 10 min manat təminatla kritik xəstəliklər təminatı,stasionar müayinə, müalicə və dərman təminatı və təcili tibbi yardım xidməti daxildir.Eyni tibbi xidmətləri 20 min təminatla əldə etmək istəyənlər 240 manat, 50 min manata yüksəltmək istəyənlər isə bunun 300 manat ödəməlidirlər.Sadalanan tibbi xidmətlərlə yanaşı, 20 min manatlıq paketə ildə bir dəfə “Check-up” müayinəsi daxil etmək istəyənlər  360 manat, 50 min manatlıq paketə daxil etmək istəyənlər 420 manat ödəməlidirlər. 50 min manatlıq paketə ambulator müalicə üçün 300 manatlıq dərman və 100 manatlıq stomotoloji yardım təminatı əlavə edilərsə sığorta haqqı 600 manat hesablanır. 720 manatlıq, yəni maksimal sığorta paketində isə 50 min manatlıq təminata 400 manatlıq ambulator müalicə və 200 manatlıq stomotoloji yardım təminatı əlavə edilib. 

550-600 manata 15 min manatlıq tibbi sığorta

Tibbi sığorta şirkəti kimi ixtisaslaşan «A Qroup Sığorta»  fərdi müştərilərinə “Refund” sığorta məhsulunu təqdim edir. Şirkətin satış  mütəxəssisi Sergey Qafarov fins.az-a bildirib ki, adi vətəndaşlar üçün nəzərdə tutulan sığorta paketi üzrə 6 aylıq uşaqdan 65 yaşa kimi hər bir kəs sığortalana bilər. Sığorta paketinə təcili tibbi yardım, ambulator-polikliniki müayinə,stasionar müalicə,planlı və təcili stomatoloji yardım,təcili vaksinasiya, dərman təminatı daxildir.O cümlədən, təcili əməliyyatlar, yırtıqlar («qrıja»), travma və sınıqlarla bağlı əməliyyatlar da sığorta paketinə aiddir. Bəzi xəstəliklərə görəsə, sığorta şirkəti təminat vermir. Əvvəlcədən bildirirlər ki, hepatitlər, onkoloji xəstəliklər (xərçəng və s.) və hamiləliyə görə tibbi sığorta xidməti göstərilmir. Sığorta paketinin qiyməti 550-600 manat təşkil edir. Bu qiymətə 15 min manat məbləğində sığorta təminatı verilir.

Əsas üstünlüyü tibbi öhdəliklərə dərhal başlamasıdır

S.Qafarov bildirib ki, bu qiymət 20-35 yaşlarındakı müştərilər üçündür. Yaşdan və sağlamlıq dərəcəsindən aslı olaraq sığorta haqqı dəyişir. Yəni, az yaşlılar üçün sığorta daha ucuz, yaşlı insanlar üçün isə risklərin yüksək olması ilə əlaqədar olaraq baha hesablanır. Sığorta paketinin qiyməti nisbətən yüksək görünsə də burada mühüm bir üstünlük var. Adətən tibbi sığorta paketində 6 ay gözləmə müddəti tətbiq edilir. Bu  o deməkdir ki,sığorta müqaviləsi indi bağlansa da, sığorta üzrə öhdəlilər 6 aydan sonra başlayır. Yəni, ilk 6 ay ərzində baş verən xəstəliklərə görə, sığorta şirkəti cavabdeh deyil. “Refund” sığorta məhsulunda isə gözləmə müddəti tətbiq edilmir. 

Yalnız xəstəxana şəraitində müalicələr – ildə 200 manat

Bəzi sığorta şirkətləri isə sadə vətəndaşlara yalnız stasionar xidmətlər əsasında tibbi sığorta məhsulu təqdim edirlər.Söhbət xəstəxana şəraitindəki müalicədən gedir. Belə təminatla  sığorta paketini “AXa MBASK” şirkəti təklif edir.Sığorta paketi 16-60 yaşlarında vətəndaşlara şamil edilir. 30 min manatlıq sığorta paketi müştərilərə 200 manata satılır. Bu qayda ilə tibbi sığortalanan vətəndaşlar fasiləsiz olaraq 2 ay ərzində xəstəxanada qalmaqla cərrahiyə əməliyyatları, reanimasiya,reabilitasiya, dərmanla təminat, mütəxəssis həkimlər tərəfindən aparılan müalicə (fizioterapiya, tibbi massaj, müalicəvi idman, akupunktura, manual terapiya  daxil olmaqla) xidmətlərindən yararlana bilər. Müştərilər Bakı ilə yanaşı, “AXA MBASK”ın bölgələrdə əməkdaşlıq etdiyi klinikalarda da müalicə ala bilərlər.

Sığorta şirkətinin adı

Tibbi sığorta paketi

Sığorta haqqı (manatla)

Təminatlar

Sığorta məbləği (manatla)

1

“A-Qroup”  

Refund

550-600

Təcili tibbi yardım,
• ambulator müayinə,
• stasionar müalicə,
• planlı və təcili stomatoloji yardım,
• təcili vaksinasiya,
• dərman təminatı

15 000

2

“AXA MBASK”  

Standart

200

Cərrahi əməliyyatlar

 Mütəxəssis həkimlərin müalicə

Diaqnostik-instrumental və laborator tədqiqatların aparılması

Dərman təminatı

Reanimasiya

Reabilitasiya

Xəstənin qida və palata ilə təmin edilməsi 

30 000

3

“Günay Sığorta”  

Medium
Medium Plus
Medium Ultra

Plus

 

 

Premium
Premium Plus
Premium Ultra Plus

Maximum

 

 

 

 

Maximum Plus

180
240
300 

 

 

360
420
480 

600 

 

 

 

 

720

kritik xəstəliklər təminatı,stasionar müayinə, müalicə və dərman təminatı və təcili tibbi yardım

 

 + “Check -up”

 

+ ambulator müayinə

+ ambulator müalicə üçün dərman təminatı(300 manat)

stomotoloji yardım (100 manat)

 

+ ambulator müalicə üçün dərman təminatı(400 manat)

stomotoloji yardım (200 manat)

10 000
20 000
50 000

 

 

 

20 000
50 000
50 000


50 000

 

 

 

 

 

50  000

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275