SIĞORTA

Su basan evlərə dəyən ziyanı kim ödəməlidir?
27 OKTYABR
405

Su basan evlərə dəyən ziyanı kim ödəməlidir?

2016-10-27 11:03:00

Okyabr ayının 26-da güclü yağış nəticəsində Masallı və Goranboy rayonunun bəzi kəndlərində evləri və əkin sahələrini su basıb. Kəndlərə yaxın ərazidə çayların daşması nəticəsində Masallıda 50-dən çox, Goranboyda isə 10-dan çox ev su altında qalıb. Adətən yalnız belə hallarda evlərin, yəni daşınmaz əmlakın sığortası ya da düşür. Amma hətta təbi fəlakətlər də vətəndaşları növbəti dəfə evlərini sığortalamağa sövq edə bilmir. Fins.az-ın məlumatına görə, ölkə üzrə digər bölgələrlə yanaşı, ziyan dəyən rayonlarda  demək olar ki evlərini sığortalayan yoxdur. Bunu sığorta şirkətlərinin yerli nümayəndəlikləri də təsdiqləyirlər.  

 “Yalnız qəzalı vəziyyətdə olan evləri sığortalamaq istəyirlər” 

“AzərSığorta” şirkətinin Masallı filialının müdiri Böyükağa Malıyev fins.az-a bildirib ki,  evlərə və əmlaklara ziyan dəysə də, hələlik  müraciət edən olmayıb. Bəzi vətəndaşlar sığortaya laqeyd yanaşırlar. Bəziləri isə sığortadan məqsədyönlü şəkildə istifadə etmək istəyirlər. cənub zonasında, xüsusilə də kənd yerlərində evlərin böyük hissəsi çiy kərpicdən tikildiyi üçün sığortalamaq üçün yararlı deyil. Ona görə də belə evləri sığortalayarkən ehtiyatlı davranırıq. Əksər hallarda evlər qəzalı vəziyyətdə olur. Sığorta üçün müraciət edən vətəndaşların çoxu da  evləri qəzalı vəziyyətdə olduğu üçün müraciət edirlər.

”Masallı da 9 ayda cəmi 12 ev sığortalanıb

“AzSığorta”şirkətinin Cənub filialından  da bildiriblər ki, subasma nəticəsində evlərə xeyli ziyan dəysə də, hələlik müraciət edən olmayıb.Filialın müdiri  Mirqələm Əliyev fins.az-a bildirib ki, buna səbəb evlərin demək olar ki sığortalanmamasıdır: “Maarifləndirmə tədbirlərinə baxmayaraq vətəndaşlar hələ də evlərinə laqeyd münasibət göstərirlər.Bunu statistika da  göstərir”. Belə ki, bu ilin 9 ayında Masallı rayonundan cəmi 12  ev “AzSığorta”da sığortalanıb. Filial müdirinin sözlərinə görə, evlərini sığortalayanlar da adətən ya altı-satqı zamanı və ya hər hansı sənədləşmə işi aparılan zaman notariusun tələbi ilə bunu edirlər.

 “30 manata evini sığortalayan tapmırıq ki ödəniş edək”

Masallı ilə yanaşı, subasma nəticəsində Goranboyda da evlərə və əmlaklara xeyli ziyan dəyib. Buna baxmayaraq, sığorta müraciəti edən olmayıb. “AtaSığorta” şirkətinin Qərb filialının müdiri Elnur Həsənov sığorta ilə bağlı vəziyyətin Goranboyda Masallıdan heç də fərqlənmədiyini deyib. Onun sözlərinə görə,  adətən bankda girov olan evlər sığortalanır, bu da tələbə uyğun olaraq edilir.Vətəndaşlar evi yalnız qəzalı vəziyyətə düşəndən sonra şikayət edir və dövlətdən yardım istəyir.30 manat ödəyib evini sığortalayan tapmırıq ki, ödəniş edək.

“Azərbaycan Sənaye Sığorta” şirkətinin də yerli nümayəndəliyindən Goranboyda evlərə dəyən ziyanla bağlı müraciətin olmadığını bildiriblər.Şirkətin Gəncə filialından fins.az-a verilən məlumata görə, rayonda sığorta əmlaklar azdır. Bununla yanaşı, hələlik heç bir müraciət edilməyib.

“Goranboyda sığortalanan ev 10-dan çox deyil”

“AzSığorta” şirkətinin Qərb filialından isə bildiriblər ki, Goranboy ərasizində sığortalanan evlərin sayı 10-dan çox deyil. Əmlak sığortası ilə bağlı daha çox obyekt sahibləri müraciət edir. Amma bununla yanaşı, təbii fəlakətin vurduğu ziyanla bağlı sığorta şirkətinə müraciət edən olmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275