SIĞORTA

Sığorta şirkətinin zərərliyi azalıb – HESABAT
26 OKTYABR
270

Sığorta şirkətinin zərərliyi azalıb – HESABAT

2016-10-26 10:31:00

“AXA MBASK” sığorta şirkətinin bu ilin 9 ayı üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, yanvar-sentyabr aylarında şirkətin yığımları 22,7% artaraq 16,710 milyon manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 13,612 milyon manat təşkil edib.

Sığorta yığımlarının  9,089 milyon manatı icbari sığorta növlərinin,  7,621 milyon manatı könüllü sığortaların payına düşüb. “AXA MBASK” təkcə sentyabr ayında isə 1,752 milyon manat sığorta haqqı toplayıb.     

Sığorta şirkətinin ödənişləri isə əksinə olaraq 18,8 % azalaraq 6,746 milyon manat olub. 2015-ci ilin yanvar-sentyabr aylarında isə şirkətin ödəniş xərci 8,310 milyon manata çatmışdı. Ödənişlərin  3,596 milyon manatı icbari növlər,  3,149 milyon manatı isə könüllü sığorta növləri üzrə verilib. Sığorta şirkətinin sentyabr ayında ödənişləri isə 904 min manat təşkil edib.

Bundan əlavə, yanvar-sentyabr aylarının nəticələrinə görə şirkətin zərərliliyi azalıb. Belə ki, sığorta şirkəti ötən ilin 9 ayında topladığı hər 100 manatdan 61 manatını ödəniş olaraq geri qaytarıbsa, bu ilin eyni dövründə  bu rəqəm 40,3 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272