SIĞORTA

Sığorta şirkətindən xanımlara qeyri-adi endirim
25 OKTYABR
1545

Sığorta şirkətindən xanımlara qeyri-adi endirim

2016-10-25 16:30:00

“A Qroup Sığorta” növbəti endirim kampaniyasına başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, kampaniyaya əsasən, sağlam həyat tərzi keçirən vətəndaşlara sığorta endirimi edilir. Söhbət 15 min manat sığorta təminatlı  “REFUND” tibbi sığorta məhsulundan gedir. Qeyd edək ki, bundan əvvəl sığorta şirkəti kişi müştərilərə “turnik”də dartınma ilə bağlı endirim təklif edirdi.

Şirkətin ofisində qurulan “turnik”də 10 dəfə dartınmaya görə 20 %, 20 dəfə dartınmaya görə 30% endirim edilir. Yeni kampaniya çərçivəsində “A Qroup Sığorta” kişi müştərilərlə yanaşı, tibbi sığortalanan xanımlara də endirim təklif edir. Amma bunun üçün onlar müəyyən edilən müddətdə iplə tullanmalıdırlar. Belə ki, bir dəqiqə ərzində 100 dəfə iplə tullanan xanımlar sığortanı 10 %, göstəricini 140 dəfəyə qədər artıranlar isə 20% ucuz əldə edə bilərlər.

Məsələn, 30 yaşında sağlam kişi və qadın adi qaydada bu sığorta məhsulu üzrə 600 manata sığortalana bilər.Xanım müştərilər 10 % endirim edildikdə eyni məhsulu 540 manata, 20 % endirimlə isə 480 manata əldə edə bilər.

Qeyd edək ki, sığorta məhsuluna təcili tibbi yardım, ambulator-polikliniki müayinə, stasionar müalicə, planlı və təcili stomatoloji yardım, təcili vaksinasiya, dərman təminatı   və  1-ci ayda “Chek up” müayinəsi daxildir.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272