SIĞORTA

Həkimlərə bonuslar ödəniləcək – TİBBİ SIĞORTADA
25 OKTYABR
340

Həkimlərə bonuslar ödəniləcək – TİBBİ SIĞORTADA

2016-10-25 14:41:00

İcbari tibbi sığorta sistemi işə düşdükdən sonra həkimlərin əmək haqqları göstərdikləri xidmətə uyğun olaraq müəyyən ediləcək. Bu barədə fins.az-a İc bari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov məlumat verib. Bildirib ki, yeni sistem tibb müəssisələrinin və həkimlərin işini daha da stimullaşdıracaq.

“Həkimlərin əmək haqları onların göstərdikləri xidmətə uyğun hesablanıb ödəniləcək. Yəni, həkim ay ərzində neçə nəfərə xidmət edibsə və hansı xidmətləri göstəribsə, onlara uyğun əmək haqqı və ya əlavə bonuslar hesablanacaq”.

Tibb müəssislərinin cari təmiri də Agentliyin ayıracağı maliyyə və saitləri hesabına görüləcək. Ancaq əsaslı təmir, yeni müəssisənin tikilməsi vəs. kimi işlər Maliyyə Nazirliyinin ayıracağı büdcə vəsaitləri hesabına həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275