SIĞORTA

Baden-Baden sığorta forumunda “Azərbaycan Gecəsi” keçirilib
25 OKTYABR
517

Baden-Baden sığorta forumunda “Azərbaycan Gecəsi” keçirilib

2016-10-25 12:10:00

Almaniyanın Baden-Baden şəhərində sığortaçıların ənənəvi illik forumu çərçivəsində oktyabrın 23-də “Azərbaycan Gecəsi” keçirilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Fins.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi dəstəyi ilə ASA tərəfindən təşkil olunan “Azərbaycan gecəsi”ndə dünyanın 30-a yaxın ölkəsindən 240-a yaxın nümayəndə iştirak edib.
Tədbirdə ölkəmizi ASA, İcbari Sığorta Bürosu (İSB) və 10 sığorta şirkətini təmsil edən 20 nəfərlik nümayəndə heyəti təmsil edib. Gecədə çıxış edən ASA-nın sədri Orxan Bayramov Azərbaycanın sığorta bazarı, buradakı inkişaf və bazarın perspektivləri barədə məlumat verib. Azərbaycanın milli elementləri ilə bəzədilmiş tədbir məkanında qonaqlar Azərbaycan musiqisi və milli mətbəxinin təamları ilə də tanış olublar.
Bu il “Azərbaycan gecəsi”nə ölkənin 6 sığorta şirkəti sponsorluq edir. Baş sponsor «Pasha Həyat» sığorta şirkəti olub. Sponsorlar isə «Standard Insurance», «AzərSığorta», «Atəşgah Sığorta Qrupu», «İpək Yolu Sığorta» və «AzRe təkrarsığorta» şirkətləridir.
Baden Baden sığorta forumu çərçivəsində Azərbaycan gecələrinin keçirilməsi artıq ənənə halını alıb. Bu tədbirlər 2013, 2014 və 2015-ci illərdəki forum çərçivəsində də keçirilib. Baden Baden forumunda Azərbaycanın sığorta şirkətləri və sığorta qurumlarının xarici tərəfdaşları ilə çoxsaylı müxtəlif işgüzar görüşləri nəzərdə tutulur.

Görüşlərdə yeni partnyorların tapılması, təkrarsığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272