SIĞORTA

Bir ayda cəmi 3 min manat sığorta haqqı yığıb – HESABAT
25 OKTYABR
473

Bir ayda cəmi 3 min manat sığorta haqqı yığıb – HESABAT

2016-10-25 10:50:00

“Başak İnam” sığorta şirkətinin bu ilin 9 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, yanvar-sentyabr aylarında toplanan sığorta haqqlarının ümumi həcmi 500 118 manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları  38,5 % azalıb. Belə ki, ötən ilin 9 ayında  bu göstərici 848 868 manat təşkil edib. 

Toplanan sığorta yığımlarının böyük hissəsi, əmlakın yanğından və digər risklərdən sığortasına aiddir. Sığorta haqlarının digər hissəsi kasko sığortanın,avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasının, işə götürənlərin məsuliyyət sığortasının və səyahət sığortasının payına düşüb.Sığorta şirkətinin bir aylıq yığımlarının həcmi isə cəmi 2 992 manat olub.

«Başak İnam»ın ödənişləri isə ötən illə müqayisədə 5,8 dəfə azalaraq  128 790 manat olub. Belə ki, ötən ilin bu dövründə şirkətin ödənişləri 759 269 manat təşkil etmişdi.

Şirkətin məlumatına görə, ödənişlərin böyük hissəsi kasko sığortanın payına düşüb.Ödənişlərin qalan hissəsi fərdi qəza və xəstəlik sığortası,avtomobil sahiblərinin mülki məsuliyyətinin, əmlakın yanğından sığortası üzrə və tibbi sığorta üzrə verilib.

 “Başak İnam”ın sentyabr üzrə ödənişlərinin həcmi isə 12 045 manat təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272