SIĞORTA

MDB ölkələrinin ilk sığorta forumu keçiriləcək
25 OKTYABR
233

MDB ölkələrinin ilk sığorta forumu keçiriləcək

2016-10-25 10:47:00

Noyabrın 11-də Bişkekdə “Müstəqil Dövlətlər Birliyi (MDB) sığorta fəaliyyətinin aktual problemləri” adlı forum keçiriləcək. Fins.az-ın məlumatına görə, bu mövzuda MDB məkanında ilk dəfə keçiriləcək forumda quruma üzv olan ölkələr arasında sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi, informasiya mübadiləsinin aparılması və digər məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Ümumiyyətlə, forumda 16 məsələnin müzakirəsi nəzərdə tutulub.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və digər MDB ölkələrinin nümayəndələri iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271