SIĞORTA

Sığorta şirkətinin mənfəəti azalıb – HESABAT
24 OKTYABR
388

Sığorta şirkətinin mənfəəti azalıb – HESABAT

2016-10-24 11:11:00

“İpək Yolu Sığorta” şirkəti  bu ilin 9 ayını 2,030 milyon manat xalis mənfəət ilə başa vurub. Fins.az-ın məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % azdır. Belə ki, şirkət 2015-cü ilin yanvar-sentyabr ayları üzrə 2,142 milyon manat xalis mənfəət açıqlamışdı.

Ötən ilin eyni dövründə şirkətin cəmi gəlirləri təxminən 16,406 milyon manat, cəmi xərcləri isə 14,038 milyon manat təşkil edib.  

2015-ci ilin 9 ayı ilə müqayisədə bu il şirkətin cəmi gəlirləri(20,402  milyon manat)  24,3%, cəmi xərcləri (18,371milyon manat) 30,8% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275