SIĞORTA

Bağlanan sığorta şirkətləri ilə bağlı –AÇIQLAMA
21 OKTYABR
664

Bağlanan sığorta şirkətləri ilə bağlı –AÇIQLAMA

2016-10-21 13:12:00

«Bağlanan sığorta şirkətlərinin icbari sığorta öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı İcbari Sığorta Bürosuna müraciət edilməyib». Bunu fins.az-a açıqlamasında İSB-nin icraçı direktoru Elxan Quliyev deyib. Onun sözlərinə görə, bağlanan sığorta şirkətləri arasında İcbari Sığorta Bürosunun iştirakçısı olan yalnız bir şirkət var - “Alfa Sığorta”.

Qeyd edək ki, artıq Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətinə ləğvedici təyin edib. “İcbari Sığortalar haqqında” qanuna əsasən sığorta şirkətinin müflis elan edilməsindən sonra bağlaması zamanı ilk növbədə icbari sığorta ödənişləri həyata keçirilir, daha sonra könüllü sığorta növləri üzrə öhdəliklər yerinə yetirilir: “Əgər ləğvedici ödənişlərlə bağlı öhdəlikləri yerinə yetirə bilmirsə, bu zaman MBNP-yə məlumat verməlidir. Palata öz növbəsində bununla bağlı İSB-yə müraciət etməlidir. “Ola bilsin ki, Alfa Sığorta”nın öhdəlikləri ilə bağlı müraciət ediləcək.Amma hələlik Palata bununla bağlı Büroya müraciət etməyib».

Xatırladaq ki, avqust ayının 26-da Alfa Sığorta”nın lisenziyası ləğv edilib. Sentyabr ayının 6-da isə məhkəmə qərarı sığorta şirkəti müflis elan edilib.Şirkət bağlanana qədər son bir neçə ayda icbari sığortanın satışına başlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272