SIĞORTA

Sığorta şirkəti 9 ayı mənfəətlə başa vurub
21 OKTYABR
321

Sığorta şirkəti 9 ayı mənfəətlə başa vurub

2016-10-21 11:51:00

«AtaSığorta» ASC 2016-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, bu dövrdə şirkətin ümumi sığorta yığımları ötən illə müqayisədə 6,4% artaraq 8 milyon manat təşkil edib. 

Bu dövrdə şirkətin ödənişləri 2,5 milyon manatdan artıq olub. Şirkətin nizamnamə kapitalı 12.4 milyon manat olmaqla, aktivlərinin ümumi həcmi 35 milyon manat həcmindədir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin aktivlərinin ümumi həcmi 25,1 % artıb. İlk 9 ayda “AtaSığorta”nın balans mənfəəti 1,8 milyon manat təşkil edib.

Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta sığorta bazarında 2004-cü ildən fəaliyyət göstərir.  Şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.

"AtaSığorta” ASC-nin 6 filial ("Mərkəzi", "Sumqayıt", "Qərb", "Şimal", "Cənub", "Xəzər"), 6 nümayəndəlik ("Şamaxı", "Zaqatala", "Bərdə", "Gədəbəy", "Gəncə-Kəpəz" və "Ağdaş") və 21 satış ofisi fəaliyyət göstərir. “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel Baku”  oteli fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272