SIĞORTA

İSB “Audatex-Azerbaijan”dan aldığı payın həcmini açıqladı
21 OKTYABR
178

İSB “Audatex-Azerbaijan”dan aldığı payın həcmini açıqladı

2016-10-21 11:37:00

İcbari Sığorta Bürosu “Audatex-Azerbaijan”da payçı olub.Fins.az-ın məlumatına görə, bunu mətbuat konfransında İSB-nin icraçı direktoru Elxan Quliyev bildirib. Onun sözlərinə görə, İcbari Sığorta Bürosu və “Audatex-Azerbaijan” arasında 5%-lik iştirak payının əldə edilməsinə görə müqavilə imzalanıb. 

İştirak payı üçün “Audatex-Azerbaijan”a cəmi 750 manat ödənilib. E.Quliyev deyib ki, nizamnamə kapitalı 15 min manatdır. Bununla əlaqədar bu məbləğin də elə 5%-i ödənilib.

İcraçı direktor hazırda şirkətin bazardakı mövqeyinin istənilən səviyyədə olmadığı açıqlayıb:"Xidmət haqqının azaldılmasına çalışırıq ki, Audatex-Azerbaijan”ın müştərilərinin sayı artsın". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275