SIĞORTA

Dünyanın ən bahalı sığorta brendləri məlum oldu
20 OKTYABR
779

Dünyanın ən bahalı sığorta brendləri məlum oldu

2016-10-20 09:58:00
Dünyanını aparıcı qiymətləndirmə şirkətlərindən biri olan “Interbrand”  2016-cı il üçün ən bahalı markaların (Best Global Brands) siyahısını açıqlayıb. Fins.az-ın məlumatına görə, Fransanın sığorta nəhəngi "Axa"  dünyanın ən bahalı sığorta brendi olaraq seçilib.Şirkətin dəyəri 14% artaraq 10,5 milyard dollara yüksəlib. "Axa" ümumi brendlərin reytinqində isə 46-cı pillədə yer alıb.
 
Almaniya sığorta brendi “Allianz” isə ən bahalı 2-ci sığorta şirkəti olub. Ən bahalı markalar sırasında da brend ötən illə müqayisədə irəliləməyi bacarıb. Sığorta şirkəti 3 pillə irəliləyərək ən bahalı 51-ci brend olub. “Allianz”ın qlobal marketinq rəhbəri Jean-Marc Pailhol ən bahalı brendlər siyahısında irəliləməni şirkətin maliyyə göstəricilərinin artan xətlə davam etməsi, o cümlədən real müştəri yönümlü strategiyanın hədəflənməsi və qərarlı elektronlaşma yanaşması ilə əlaqələndirib. Belə ki, brendin dəyəri ötən illə müqayisədə 12% artaraq 9,5 milyard dollara çatıb.
 Qeyd edək ki, “Interbrand” ən bahalı brend siyahısını  şirkətlərin təqdim etdiyi xidmətlər, maliyyə göstəricilərinin analizi, müştərilərin seçim qərarının  markaya təsiri və rəqabət gücünü nəzərə alaraq hazırlayır.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275