SIĞORTA

"Beynəlxalq Sığorta"da Ləğvetmə Komissiyası yaradıldı
19 OKTYABR
508

"Beynəlxalq Sığorta"da Ləğvetmə Komissiyası yaradıldı

2016-10-19 17:00:00

"Beynəlxalq Sığorta" şirkətinin ləğv edilməsi prosesinə başlanılır. Sığorta şirkətinin təsisçisi "Beynəlxalq Bank"dan fins.az-a verilən məlumata görə,artıq bununla bağlı ləğvetmə komissiyası yaradılıb. 5 nəfərdən ibarət komissiyanın sədri bankın baş direktoru Hidayət Sultanovdur.

Eləcə də bax: «Beynəlxalq Sığorta» şirkəti bağlanır

Bankdan sığorta şirkətinin portfelinin başqa şirkətəötürülməsi məsələsinə də aydınlıq gətiriblər.Fins.az-ın sığorta dairlərinə istinadən əldə etdiyi məlumata görə, “Beynəlxalq Sığorta” şirkətinin portfelinin “Qala sığorta”ya ötürülməsi planlaşdırılırdı. Bankdan isə bildiriblər ki, böyük ehtimalla sığorta şirkətinin portfeli başqa şirkətə ötürülməyəcək.

Xatırladaq ki, oktyabr ayının 12-də sığorta şirkətinin səhmdarlarının növbədənkənar yığıncağında “sığorta şirkətinin fəaliyyətinə xitam verilməsi qərara alınmışdı.Bankın idarə heyətinin sədr müavini Elmir Həbibullayev bunu sığorta şirkətinin maliyyə göstəricilərinin qaneedici olmaması ilə əsaslandırmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270