SIĞORTA

Sığorta şirkətinin yığımları 61,6% artdı – HESABAT
18 OKTYABR
363

Sığorta şirkətinin yığımları 61,6% artdı – HESABAT

2016-10-18 09:52:00

“Qala Həyat” sığorta şirkətinin bu ilin yanvar-sentyabr ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə,  ümumi yığımların həcmi  61,6 % artaraq 26 373 765  manat olub. Halbuki ötən ilin eyni dövrünün nəticələrinə görə, sığorta şirkəti 16 322 183 manat sığorta haqqı toplaya bilmişdi. Bir aylıq  yığımların  həcmi isə 1 642 452 manat olub.

“Qala Həyat”  topladığı hər 100 manatdan 72 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri  16,5 % artaraq  19 001 140   manat olub.2015-ci ilin 9 ayında sığorta şirkətinin ödəniş xərcləri 16 308 046 manat təşkil etmişdi.Şirkət sentyabr ayında isə  4 939 563 manat sığorta ödənişi edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272