SIĞORTA

Ofis həyatı: kiçik detalların böyük əhəmiyyəti
13 OKTYABR
843

Ofis həyatı: kiçik detalların böyük əhəmiyyəti

2016-10-13 12:22:00

Təəssüf olsun ki, darıxdırıcı mənzərəli (stol, stul, kompyuter) gündəlik ofis həyatı bir çox təşkilatlar və orada çalışanlar üçün normal bir haldır. Lakin, aktiv və məhsuldar iş prosesi üçün belə şəraitilhamlandırıcı deyil. Bunun qarşısını almaq üçün, azacıq güc sərf edib, kreativlik əlavə etmək lazımdır, necə ki bunu A-Qroup Sığorta Şirkətində edirlər.

A-Qroup-a hətta birinci dəfə gəlmiş olsanız, qarşınıza çıxan hər bir işçi sizə gülümsəyib, səmimi qarşılayandan sonra massaj kreslosunda istirahət etməyə dəvət edəcək. Elə şirkətin işçiləri də bu cür istirahətdən yararlanırlar: gündə 10 dəqiqlik bədən və gözlərin massaj prosedurlarından sonra işləməyə meyillik dəfələrlə artır.

Ofisin qeyri-adi yaşıllığı daha bir istirahət mənbəyibir. Burada hər bir küncdə gözləri məmnun edən və havanı təravətləndirən ağaclara və müxtəlif bitkilərə rast gəlmək olar.

Şirkətin təbliğ etdiyi “Sağlam həyat tərzi” kampaniyasının əsas komponenti olan almalara, sözün əsl mənasında, hər yerdə rast gəlmək mümkündür. Hətta qış aylarında hər həftə onları “Gündə bir alma - həkimdə qalma” lozunqu altında müştərilərə çatdırırlar.

A-Qroup-da sağlam olmaq və idmana meyil göstərmək sərfəlidir. Hər ay turnikdə 10, 15 yaxud 20 dəfə dartılan işçilərin əmək haqqılarına müvafiq faiz əlavə olunur. Müştərilər isə 20 dartılmaya görə fərdi tibbi sığortanı əldə etdikdə 20% endirimdən faydalana bilərlər. Idmanla ciddi məşğul olmaq üçün gözəl bəhanə deyilmi?

Dahi klassiklərin əsərlərinə hörmətlə yanaşdıqlarına baxmayaraq, ofisə zəng etdikdə, siz Şopen və ya Vaqif Mustafazadənin “Düşüncə” melodiyalarını eşitməyəcəksiniz. Bunun əvəzinə telefonunuzun dəstəyinə boğuq səsliVısotskiy səhərlər idmanın nə qədər xeyirli olduğundanbəhs edərək, “Doktor Aybolit” isə kiçik qardaşlarımızın sağlamlığı naminə konsilium təşkil edərək, sizə kifayət qədər təbəssüm bəxş edəcəklər.

Hər səhər işə başlamazdan öncə, ofisdə 30 dəqiqə ərzində sevimli sovet cizgi filmlərində səslənən “Ничего на свете лучше нету”, “От улыбки станет всем светлей”, “Говорят, мы бяки-буки”, “Хорошо живет на свете Винни-Пух”, “А может быть, ворона” və s. kimi mahnılar bütün kollektivdə ruh yüksəliyi yaradaraq, gün ərzində lazım olacaq pozitiv və gümrahlıqla təmin edirlər.

Müəyyən narazıçılıqlarını bildirən müştərilərə isə, servisin mukəmməlləşdirilməsində köməklik göstərdiklərinə görə, burada o qədər minnətdardırlar ki, hətta hədiyyələr bəxş edirlər.

Hər gün şirkət “Günün adı” kampaniyasını həyata keçirir. Seçilmiş adların xoşbəxt sahibləri gün ərzində şirkətin ofisinə müraciət edərək sığortanın 3 növündən birini endirimlə əldə edə bilərlər.

A-Qroup-da vaxtın nə qədər qiymətli olduğunu anlayırlar və bu səbəbdən sığorta şəhadətnamələrinin buraxılış zamanına nəzarət etmək üçün, burada qum saatından istifadə edirlər.

Front-ofisdə və çağrı mərkəzində çalışanların stimullaşdırıcı şüarı da çox yerinə düşür: “Bəs siz bu gün neçə müştərini öz sürətinizlə və nəvazişinizlə təəccübləndirmisiniz?”

Ofisdə sizə yeni mobil əlavəni yükləməyə köməklik göstəriləcək. Həmin əlavə yaxınlıqda yerləşən klinika yaxud aptek barədə məlumat almaq, həkimin qəbuluna yazılmaq və sağlamlığınıza nəzarət etmək üçün əvəzedilməz möcüzəvi bir vasitədir.

Klinikada isə sizi səmimi təbəssümlə qarşılayan al-qırmızı uniformalı xanım - tibbi konsyerj - şirkətin sizə təşkil etdiyi daha bir faydalı köməkçidir. O, sizə qeydiyyat ilə kömək edib, lazımı mütəxəssisin yanına ötürməkdən əlavə, hətta müayinədə olduğunuz zaman, övladlarınızı əyləndirəcək.

A-Qroup Sığorta Şirkətinin qeyri-adi və cəlbedici obrazını yaradan kreativ xırdalıqlar sadalanmaqla bitmək bilmir. Beləliklə, yaxşısı budur ki, ofisə yaxınlaşıb, özünüz canlı şahidi olasınız. Çox güman ki, bu məqaləni oxuduğunuz zaman belə istək sizdə artıq yaranıb. Belə ki, müştərilərinin sağlam olmağını səmimi qəlbdən arzu edən və bunun üçün əlindən gələni əsirgəməyən bir şirkətlə yaxından tanış olmaq istəyi yaranmaya bilməz. Həmçinin, sığorta şirkətin və müştərilərin maraqları burada üst-üstə düşür: hər ikisi sığortalıların sağlam olmağını istəyir. Xərcə düşmək istəmədiklərini açıq şəkildə bəyan etmiş olsalar belə, necə deyərlər, ən böyük hiyləgərlik - düzlükdür :)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275