SIĞORTA

Avtosığorta yalnız onlayn satılacaq – YENİLİK
13 OKTYABR
1566

Avtosığorta yalnız onlayn satılacaq – YENİLİK

2016-10-13 11:28:00

Azərbaycanda elektron icbari sığorta müqavilələrinə keçid başlayır. Fins.az-ın məlumatına görə, İcbari Sığorta Bürosu (İSB) Azərbaycanın sığorta şirkətlərinə oktyabr ayının 3-də bununla bağlı  müraciət edib. Müraciət İSB-nin icraçı direktoru Elxan Quliyevin adından edilib.

Müraciətdə bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə avtomobillərin icbari sığortası (AVSMMİS) üzrə standart və sərhəd sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılmasına keçid noyabr 1-dən başlayır.

"Bu tarixə qədər sığorta şirkətləri daxili proqram təminatlarını Büronun elektron informasiya sisteminə tam uyğunlaşdırmalı, “Sığorta fəaliyyəti haqqında” qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş qaydada sığortalılar üçün elektron sığorta müqaviləsinə çıxış imkanı yaratmalı və Büronun elektron informasiya sisteminə qoşulmanı VPN xətti üzərindən həyata keçirməlidirlər". 

Bununla əlaqədar,  avtomobillərin icbari sığorta şəhadətnamə blanklarının Büro tərəfindən mətbəədə çap edilməsi məqsədilə sığorta şirkəti tərəfindən noyabr ayının 1-nə kimi müvafiq icbari sığorta növü üzrə şəhadətnamə blanklarına olan ehtiyacın miqdarı barədə 3 (üç) iş günü ərzində Büronun Maliyyə, investisiya və uçot şöbəsinə bildirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272