SIĞORTA

Şəki bazarına dəyən ziyanı kim ödəyəcək? – AÇIQLAMA
13 OKTYABR
339

Şəki bazarına dəyən ziyanı kim ödəyəcək? – AÇIQLAMA

2016-10-13 10:20:00

Şəki bazarında baş verən yanğın nəticəsində bazarda fəaliyyət göstərən 50-60 sahibkara zərər dəyib. Bu barədə fins.az-a “Şəki Bazar”ın sədri Eldəniz Hacıağayev məlumat verib. 

90 mağaza yanıb

Xatırladaq ki, oktyabrın 12-də səhər saatlarında Şəkidə güclü yanğın baş verib. Fins.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteyneri və 20 ədəd satış piştaxtası və içərisində olan mallar 1200 kvadratmetr sahədə yanıb.

Bazarın qalan hissəsini yanğından qorumaq mümkün olub. İlkin məlumata görə, yanğına səbəb elektrik qısa qapanması olub.

«Malların bir hissəsini çıxara biliblər»

«Şəki Bazar»ın sədri Eldəniz Hacıağayev fins.aza bildirib ki, yanğın səhər saatlarında baş verdiyindən sahibkarlar malların böyük hissəsini çıxara biliblər. Nəticədə ziyanın həcmi daha az olub. Buna baxmayaraq 50-60 sahibkara ziyan dəyib.

Sahibkarların əksəriyyəti sığortasız olub

Bazar müdirinin sözlərində görə, bir neçə mağaza sığortalı olsa da,əksər sahibkarlar mağazalarını sığortalamayıblar. Onun sözlərinə görə, sığorta şirkətləri əvvəlcədən maarifləndirmə tədbirləri aparsalar da, sığortaya maraq göstərən az olub: “İnsanlar ziyana düşəndən sonra təəssüflənirlər. O zaman isə artıq gec olur”. 

Təmirdən sonra mağazaların sığortası tələb olunacaq

E.Hacıağayev bilirib ki, hazırda bazara dəyən ziyanla bağlı ekspertiza aparılır. Araşdırma yekunlaşandan yanan mağaza və köşklər bazar tərəfindən təmir ediləcək. Amma bununla yanaşı, sahibkarlardan sığorta tələb olunacaq. 

Obyekti sığortalamaq neçəyədir?

Qeyd edək ki, kommersiya obyektlərinin sığortası iki formada ola bilər – icbari və ya könüllü. Bu üsulların vasitəsilə obyektlərin özü ilə yanaşı, içərisindəki malları da sığortalamaq olar. Obyektin özünün sığortası üçün sığorta haqqı onun qiymətinin 0,27-0,3%-i ətrafındadır. Bu o deməkdir ki, 10 min manatlıq mağazanın 1 illik  sığorta haqqı 27-30 manatdır.

Mallar neçəyə sığortalanır?

Mağazanın içərisindəki mallar isə könüllü sığorta olunur. Onların sığorta haqqı malların yanma riskinə əsasən hesablanır və adətən malın qiymətinin 0,3-0,5%-i qədər olur. Yanma riski artdıqca, sığorta haqqı da yüksəlir. Məsələn, geyim mağazasında sığorta haqqı 0,7%-ə çatır. Buna görə də, 1000 manatlıq malı 7 manata sığortalamaq olur.

Obyektin özünün sığortası 0,27-0,3%-lə hesablanır. Bu da o deməkdir ki, 10 min manatıq mağaza üçün 27-30 manat. Satılan malların sığorta haqqı isə onların yanma riskinə əsasən hesablanır. Geyim mağazasında sığorta haqqı 0,7%-ə çatır. Buna görə də, 1000 manatlıq malı 7 manata sığortalamaq olur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275