SIĞORTA

«Meqa Sığorta»da 21,4 % artım – HESABAT
12 OKTYABR
300

«Meqa Sığorta»da 21,4 % artım – HESABAT

2016-10-12 12:23:00

«Meqa Sığorta» şirkətinin bu ilin 9 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 21,4% artaraq 18 631 454 manat olub.2015-ci ilin yanvar-sentyabr aylarında isə sığorta şirkəti 15 338 565 manat sığorta haqqı toplayıb.

«Meqa Sığorta»nın ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 35,4% artaraq  2 103 272 manat olub. 2015-ci ilin yanvar-sentyabr aylarında sığorta şirkətinin ödəniş xərcləri 1 552 726 manat təşkil edib.Sığorta şirkəti hər 100 manatdan 11,2 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274