SIĞORTA

“AzSığorta”nın yığımları 34% azalıb – HESABAT
12 OKTYABR
293

“AzSığorta”nın yığımları 34% azalıb – HESABAT

2016-10-12 09:45:00

«AzSığorta» şirkəti  bu ilin 9 ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 34,4% azalaraq 16 280 444  manat olub. 2015-ci ilin eyni dövründə isə sığorta şirkəti 24 844 285 manat sığorta haqqı toplamışdı. “AzSığorta”nın bir aylıq yığımları 1 614 847 manat təşkil edib.

Şirkətin yığımlarından fərqli olaraq, ödənişləri 3,2% artaraq 5 741 725 manat olub. Halbuki, 2015-ci ilin yanvar-sentyabr aylarında şirkət 5 561 571 manat sığorta ödənişi həyata keçirmişdi. Sentyabr ayında şirkətin ödəniş xərcləri 802 603 manat olub.

Sığorta şirkəti yığımlarının azalması fonunda ödənişlərinin nisbətən artması zərərliliyin də artmasına təsir edib. Ötən ilin 9 ayının statistikasına əsasən şirkət topladığı hər yüz manatdan 22,4 manatını müştərilərinə geri qaytarıbsa, bu ilin eyni dövründə bu rəqəm 35,2 manat təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275