SIĞORTA

Sığorta şirkətində rekord artım – 41,3 DƏFƏ
11 OKTYABR
602

Sığorta şirkətində rekord artım – 41,3 DƏFƏ

2016-10-11 17:39:00

“Günay Sığorta”nın yığımları artmaqda davam edir. Şirkətin bu ilin 9 ayı üzrə nəticələri məlum olub. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi bu ilin yanvar-sentyabr aylarında 41,3 dəfə artıb. 2015-ci ilin 9 ayında cəmi 55 838 manat sığorta haqqı yığan “Günay Sığorta”nın bu ilin eyni dövründə topladığı sığorta haqqlarının həcmi 2 307 758 manata qədər yüksəlib. Yığımların  1 294 886 manatı kasko sığortanın, 630 285 manatı əmlak sığortasının, 308 110 manatı fərdi qəza sığortasının payına düşüb. Sığorta şirkəti bundan əlavə tibbi sığorta üzrə 39 201  manat,məsuliyyət sığortası üzrə 9109 manat, yük sığortası üzrə  16400 manat və səfər sığortası üzrə  9 765  manat sığorta haqqı toplayıb. Bir ayda isə sığorta şirkətinin yığımları isə  59 302 manat təşkil edib.

Sığorta şirkəti yığımlarının cəmi 3,1 %-ni ödəniş olaraq müştərilərinə qaytarıb. Yığımlardan fərqli olaraq şirkətin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % azalaraq 72 411 manat olub. 

Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında “Günay Sığorta” 81 982 manat ödəniş edib. Sığorta ödənişlərinin əsas hissəsi avtomobillə bağlı hadisələrə görə verilib. Şirkətin avtomobillərin təmiri ilə bağlı 9 aylıq xərci  44 976 manat təşkil edib. Bundan əlavə könüllü əmlak sığortası üzrə 23 210 manat, tibbi sığorta üzrə 4224 manat sığorta pulu verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272