SIĞORTA

“İpək Yolu Sığorta”nın ödənişləri 55,7 dəfə artdı – HESABAT
11 OKTYABR
195

“İpək Yolu Sığorta”nın ödənişləri 55,7 dəfə artdı – HESABAT

2016-10-11 14:09:00

“İpək Yolu” sığorta şirkəti bu ilin yanvar-sentyabr ayları üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə ümumi yığımların həcmi 11,8% artaraq 18 266 210 manata olub. Ötən ilin eyni dövründə isə bu rəqəm  16 328 227 manat olub. İcbari sığorta növləri üzrə ümumi yığımların həcmi 16 937 783 manat, könüllü sığorta növləri üzrə isə 1 328 426 manat təşkil edib.

Eləcə də bax:Sığorta şirkətindən təyyarə qəzasına görə 2 milyon manatlıq ödəniş

Sığorta şirkətinin ödənişləri isə birdən-birə 55,7 dəfə artaraq  2 219 694 manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm cəmi  39 806 manat olub. Sığorta şirkətindən bildirilib ki, ödənişlərin bu qədər artmasına səbəb sentyabr ayında Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsinə görə əlavə 1 949 849 manat kompensasiya verilməsi olub.

Son statistikaya əsasən sığorta şirkəti topladığı hər 100 manatdan  12,1 manatını ödəniş olaraq müştərilərinə verib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272