SIĞORTA

Sığorta şirkətindən təyyarə qəzasına görə 2 milyon manatlıq ödəniş
11 OKTYABR
527

Sığorta şirkətindən təyyarə qəzasına görə 2 milyon manatlıq ödəniş

2016-10-11 12:58:00

Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsinə görə sığorta ödənişi yekunlaşıb. Bu barədə fins.az-a təyyarənin və ekipaj üzvlərinin sığortalandığı “İpək Yolu Sığorta” şirkətindən məlumat verilib. Şirkətdən bildirilib ki,  qəza ilə bağlı araşdırmalar yekunlaşıb. Ümumi dəyən ziyanın həcmi 2 149 849 manat olub.

Qeyd edək ki, sığorta şirkəti iyul ayından zərərin hissə-hissə ödənilməsinə başlayıb.Belə ki, iyul ayında hava nəqliyyatı vasitələrinin sığortası üzrə qəza uğrayan təyyarəyə dəyən ziyan üzrə 200 min manat sığorta ödənişi verilmişdi.Sığorta ödənişinin 1 949 849 manatlıq hissəsi isə sentyabr ayında həyata keçirilib. 

Eləcə də bax: Təyyarədə həlak olanlara sığorta pulu veriləcək - AÇIQLAMA

 Qeyd edək ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisədən sonra açıqlamasında təyyarə qəzasında 7 nəfərin həlak olduğunu, 2 nəfərin isə sağ qaldığını açıqlamışdı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272