SIĞORTA

“Azərsığorta”ın yığımları 25 % artıb – HESABAT
11 OKTYABR
122

“Azərsığorta”ın yığımları 25 % artıb – HESABAT

2016-10-11 12:30:00

“Azərsığorta” 9 aylıq nəticələrini açıqlayıb.Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 25,1 % artaraq 36,614 milyon manat olub. Halbuki, ötən ilin yanvar-sentyabr aylarında isə sığorta şirkəti 29,265 milyon manat sığorta haqqı toplamışdı. Qeyd edək ki, yığımların 33,443 milyon manatı icbari sığorta növlərinin, 3,171 milyon manatı könüllü növlərin payına düşüb.

Şirkətin yığımları ilə yanaşı, ödənişləri 34,8 % artaraq 12,532 milyon manat olub. 2015-ci ilin 9 ayında sığorta ödənişlərinin ümumi həcmi 9,294 milyon manat təşkil etmişdi.Ödənişlərin 11,316 milyon manatı icbari sığorta növlərinin, 1,216 milyon manatı isə könüllü növlərinə görə verilib.

“Azərsığorta”nın  zərərliliyi də ötən ilin eyni dövrü ilə müqayisə də artıb.Sığorta şirkəti ötən il topladığı hər yüz manatdan  31,7 manatını ödəniş olaraq müştərilə vermişdisə, bu il bu rəqəm 34,2 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272