SIĞORTA

Hər 100 manatdan cəmi 40 qəpiyini ödəniş edib – SIĞORTA HESABATI
11 OKTYABR
463

Hər 100 manatdan cəmi 40 qəpiyini ödəniş edib – SIĞORTA HESABATI

2016-10-11 09:26:00

“Azərqarant Sığorta” şirkəti bu ilin 9 ayı üzrə nəticələrini açıqlayıb.Şirkətdən fins.az-a verilən məlumata görə,ümumi yığımlarının həcmi  17,4 % artaraq 238 040 manat təşkil edib. Halbuki, 2015-ci ilin yanvar-sentyabr aylarında isə 202 668 manat sığorta haqqı toplanılmışdı.Sığorta haqqlarının əsas hissəsi fərdi qəza, tibbi və əmlak sığortasının payına düşüb. Sığorta şirkətinin bir aylıq yığımlarının həcmi isə cəmi 18 955 manat olub.

Yığımlardan fərqli olaraq şirkətin ödənişləri 41,5% azalıb. Belə ki, ötən ilin 9 ayında 1 688  manat ödəniş edilibsə, bu il bu rəqəm 987 manat olub.

“Azərqarant” topladığı hər 100 manatdan cəmi 40 qəpiyini ödəniş olaraq müştərilərinə qaytarıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272