SIĞORTA

Sığorta şirkəti daha bir nümayəndəlik açdı
10 OKTYABR
850

Sığorta şirkəti daha bir nümayəndəlik açdı

2016-10-10 15:53:00

“PAŞA Sığorta” şirkətinin Zaqatala rayonunda yeni nümayəndəliyi açılıb. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, oktyabr ayının 7-də yeni filialın açılışı olub. Yeni yeni nümayəndəlik Zaqatala rayonu, Faiq Əmirov küçəsi 48 ünvanında fəaliyyət göstərəcəkdir.

Şirkətdən bildirilib ki, nümayəndəlik şəbəkəsinin genişlənməsi “PAŞA Sığorta”nın əsas inkişaf prioritetləri sırasındadır. Əsas məqsəd tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, başverən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.

Qeyd edək ki, yeni nümayəndəlikdə sığorta hadisələrinin araşdırılması ilə yanaşı, şirkətin təqdim etdiyi icbari və könüllü sığorta məhsullarının satışı da həyata keçiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271