SIĞORTA

Bir ayda cəmi 156 manat sığorta haqqı topladı
10 OKTYABR
586

Bir ayda cəmi 156 manat sığorta haqqı topladı

2016-10-10 12:19:00

«Qala Sığorta»nın bu ilin 9 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, yanvar-sentyabr aylarında ümumi yığımların həcmi 3 730 685 manat təşkil edib. Ötən ilin eyni dövründə isə sığorta şirkəti fəaliyyətini dayandırdığı üçün sığorta haqqı toplamayıb. Yığımların  1 884 972 manatı icbari sığorta növlərinin, 1 845 713 manatı könüllü sığorta növlərinin payına düşüb. Sığorta yığımlarının 78,9% daşınmaz əmlakın icbari və könüllü sığortasının, qalan hissəsi isə yük,məsuliyyət və fərdi qəza sığortandan toplanılıb.Sığorta şirkətinin bir aylıq yığımları isə 156 manat təşkil edib.Bu isə yük sığortası hesabına olub. 

Bu ilin 9 ayında “Qala Sığorta”da bağlanan müqavilələr üzrə hər hansı bir sığorta hadisəsi olmayıb və ödəniş də edilməyib. 2015-ci ilin yanvar-sentyabr aylarında isə sığorta şirkəti fəaliyyətini dayandırsa da, öhdəlikləri üzrə 53 341 manat ödəniş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275