SIĞORTA

“Qala Həyat”ın rəhbərliyində yeni təyinat
10 OKTYABR
767

“Qala Həyat”ın rəhbərliyində yeni təyinat

2016-10-10 09:25:00

“Qala Həyat” sığorta şirkətinin rəhbərliyində yeni təyinat olub. Sığorta şirkətinin direktorlar şurasının yeni sədri Kamal İbrahimov təyin edilib. Bu barədə fins.az-a sığorta şirkətindən bildirilib. Məlumata görə, yeni sədr sentyabr ayından etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Kamal İbrahimov 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikasının vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən 2002-ci ilədək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində rəhbər vəzifələr  tutub. 2003-2014-cü illərdə “Standard Insurance” Sığorta Şirkətinə rəhbərlik edib. 2006-2007-ci illərdə Azərbaycan Sığortaçılar Assosiyasiyasının Müşahidə Şurasına Sədrlik edib. 2011-ci il tarixindən etibarən “İcbari Sığorta Bürosu”-nun Himayəçilər Şurasının sədri vəzifəsində çalışıb. Yeni təyinata qədər “Standard Bank”ın müşahidə şurasının  və “Standard Insurance”  sığorta şirkətinin Direktorlar Şurasının Sədri olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271