SIĞORTA

"Atasığorta"nın Direktorlar Şurasının üzvü vəfat edib
08 OKTYABR
863

"Atasığorta"nın Direktorlar Şurasının üzvü vəfat edib

2016-10-08 12:05:00

"Atasığorta" ASC-nin Direktorlar Şurasının müstəqil üzvü vəfat edib. Şirkətdən verilən məlumata görə, söhbət Namiq Behbud oğlu Səmədovdan gedir. Onun yerinə hələ ki, heç kim seçilməyib.

Eləcə də bax: “AtaSığorta”da yeni təyinat

Xatırladaq ki, N.Səmədov 22 yanvar 1961-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olub. O, 1978-1985-ci illərdə Z.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Sənayenin iqtisadiyyatı” fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə tələbə olarkən başlayan N.Səmədov 1981-2009-cu illərdə dövlət işində çalışıb, 2009-2016-cı illərdə hazırda ləğvetmə prosesində olan "Atrabank" ASC-nin İdarə Heyətinin sədr müavini, 2013-cü ilin iyun ayından isə paralel olaraq “Atasığorta”nın Direktorlar Şurasının müstəqil üzvü olub.
Allah rəhmət eləsin!

Eləcə də bax: “AtaSığorta”nın yığımları artmaqda davam edir – HESABAT 

Mənbə: "Report" 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275